MƏQSƏDİMİZ
Hər kəsin ortaq problemi olan nəqliyyatı güvənli, sərfəli və xoş hala gətirməkdir
Hər kəsin ortaq problemi olan nəqliyyatı güvənli, sərfəli və xoş hala gətirməkdir
Elektromobil bazarında Dünyada tanınan və axtarılan bir brend olmaqdır.
Müştərilərimizin güvənli və sərfəli daşınmasını təmin edərkən keyfiyyətdən uzaqlaşmadan ətraf mühit şüurunu ön planda tutmaqdır.
Türkiyənin lider elektromobil istehsalçısı olan Volta Motor dinamik heyətilə iqtisadi, ekoloji və keyfiyyətli nəqliyyatın adı olmaq üçün qurulmuşdur. Volta Motor Şirkəti adını ilk dəfə elektrokimyəvi bateryanı kəşf edən italyan fizik Alessandro Giuseppe Antonio Anastasio Voltadan almmışdır.
Şirkət yarandığı illərdə həyata keçirdiyi bir çox mükafatlı Pilot layihənin kommersiyalaşdırılması nəticəsində istehsal etdiyi məhsullar çox qısa zamanda istifadəçilər tərəfindən sevilmiş və Türkiyənin ən çox satılan elektromobil brendinə çevrilmişdir. Alternativləri ilə müqayisədə daha, məhsuldar, ekoloji və daha yüksək performanslı nəqliyyat vasitələri istehsal edən Volta Motor hər zaman istehlakçısına uyğun qiymətlərlə daha keyfiyyətli məhsul təklif etməyi özünə hədəf seçmişdir.
Davamlı keyfiyyət və müştəri məmnuniyyəti daim şirkətin öncəliyidir.
Volta Motor eyni zamanda dürüst ticarət düsturu ilə şöbə və müştəri sadiqliyi sektorunda fərqlilik yaratmışdır.
Qısa zamanda həyata keçirdiyi böyümə strategiyası və keyfiyyət göstəriciləri ilə Dünyanın müxtəlif ölkələrində satış nümayəndəlikləri əldə etmişdir. Belə ki, Volta Motorun istehsal etdiyi məhsullar hazırda Avropa ölkələrinin hamısı, Şimali və Cənubi Amerika ölkələri, Asiya və Afrika ölkələri olmaqla dünyanın ümumilikdə 65 ölkəsinə ixrac edilir və bu say günbəgün artmaqdadır.
İxrac etdiyimiz ölkələrin bəziləri: İngiltərə, Almaniya, İtalya, İspaniya, Hollandiya, Fransa, Ukrayna, ABŞ, Kanada, Mexsika, Braziliya, Argentina, Çili, Kolumbiya, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Mərakeş, İsrail, Özbəkistan, Azərbaycan və s.